U-21-in Bakıda yoldaşlıq oyunu

Xəbər verdiyimiz kimi, 21 yaşadək fubolçulardan ibarət Azərbaycan yığması iyunun 4-də Astanada Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. FutbolPlanet.Az xəbər verir ki, bundan 4 gün sonra – iyunun 8-də isə U-21 yığmamız Bakıda Macarıstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyununda üz-üzə gələcək.