Yekun qərarını nə vaxt verir?

"Barselona"nın kapitanı Andres İnyesta tezliklə gələcək karyerası ilə bağlı qərarını açıqlayacaq. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli oyunçu İspaniya kubokunun finalında "Sevilya" ilə aprelin 21-də keçiriləcək matçdan sonra "Barsa"da qalıb-qalmayacağını söyləyəcək. 33 yaşlı yarımmüdafiəçi ilə Kataloniya klubu arasında bağlanmış ömürlük müqavilənin şərtələrinə əsasən, o, sazişi aprelin 30-dək pozmaq hüququna malikdir.