"Neftçi" azarkeşlərinə şad xəbər- - FutbolPlanet.az

"Neftçi" azarkeşlərinə şad xəbər

"Neftçi" azarkeşlərinə sürpriz edib. FutbolPlanet.Az xəbər verir ki, Azərbaycan kubokunun yarımfinalının cavab oyunu çərçivəsində "Qəbələ"yə qarşı keçiriləcək görüşə giriş sərbəst olacaq. Beləliklə, azarkeşlər "Bakcell Arena"da baş tutacaq qarşılaşmanı bilet almadan izləyə biləcəklər. Sözügedən matç aprelin 18-i, saat 20:00-a təyin olunub.