5-ci dəfə çempion oldular!

"Mançester Siti" İngiltərə Premyer Liqasının başa çatmasına 5 tur qalmış ölkə çempionluğunu bayram edib. FutbolPlanet.Az xəbər verir ki, son turda "Tottenhem"lə səfər matçında 3:1 hesablı qələbə qazanan "şəhərlilər" ən yaxın izləyicisi olan "Mançester Yunayted"lə fərqi 16-a yüksəldərək, əlçatmaz olub. Bununla da komanda tarixində beşinci dəfə İngiltərə çempionu olub (1936/1937, 1967/1968, 2011/2012, 2013/2014, 2017/2018).