"Bavariya"da ciddi itki

"Bavariya" ciddi itki ilə üzləşib. FutbolPlanet.Az xəbər verir ki, Münhen klubunda çıxış edən Arturo Vidal məşq zamanı dizindən zədələnib. Bu səbəbdən, o, Çempionlar Liqasının yarımfinalında "Real"la ilk oyunu buraxa bilər. Həmin görüş aprelin 25-də keçiriləcək.