"Qarabağ"a keçməyə razıdır

Hazırda "Mamelodi Saundaunz"da çıxış edən və klubla müqaviləsi mövsümün sonunda bitəcək Xama Billiat növbəti mövsümdən "Qarabağ"da forma geyinə bilər. FutbolPlanet.Az xəbər verir ki, bu barədə CAR mətbuatı məlumat yayıb. Deyilənə görə, 28 yaşlı zimbabveli hücumçu Ağdam klubuna keçməyə razıdır.