Beyl "Real"dan ayrılır?

"Real"da forma geyinən Qaret Beyl yayda klubunu dəyişəcək. FutbolPlanet.Az xəbər verir ki, uelsli oyunçu əsas heyətdə yer almadığından, bu qərarı verib. 28 yaşlı yarımmüdafiəçinin məşqçilərlə də arası dəyib. "Kral klubu" ilə müqaviləsi 2022-ci ilədək qüvvədə olan təcrübəli futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır. İddialara görə, ispan nəhəngi Beyli 120 milyon avroya satmağa razıdır.