"Sumqayıt"da fasilə başa çatdı

Aprelin 8-də, saat 18:30-da, Premyer Liqanın 22-ci turu çərçivəsində "Neftçi"nin qonağı olacaq "Sumqayıt"da fasilə başa çatıb. FutbolPlanet.Az xəbər verir ki, "Qəbələ" ilə səfər matçından sonra (1:1) 1 günlük istirahətə buraxılan "kimyaçılar" hazırlıqlara başlayıb. İlk məşq "Kapital Bank Arena"da olub. Hazırlığa fitness zalında yekun vurulub. Komandanın növbəti məşqi bu gün keçiriləcək.