Topaz Premyer Liqasında 2017/18 mövsümünün III dövrəsinə yekun vurulub. FutbolPlanet.Az xəbər verir ki, 2018-ci ilin arxada qalan hissəsinə təsadüf edən dövrənin ən yaxşısı “Sumqayıt” olub. Məğlubiyyət acısı yaşamayan Samir Abasovun yetirmələri hamıdan çox – 15 xal toplamaqla yanaşı, qol sayında (10) da hamını qabaqlayıb. “Sumqayıt” qədər – 4 qələbə qazanan “Neftçi” 14 xalla 2-ci olub. Dövrənin qalibi kimi uduzmayan “Qarabağ” 13 xal toplayıb. Ağdamlılar hamıdan az – cəmi 2 top buraxıblar. 2018-ci ilin uğursuzları “Kəpəz” və dövrəni qələbəsiz başa vuran “Zirə” son 7 turda hərəyə 4 xal qazanıb.

Qeyd edək ki, dövrənin 28 qarşılaşmasında 54 qol vurulub. Orta məhsuldarlıq 1,93-ə bərabərdir.