Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi"ylə oyundan sonra istirahətə buraxılan "Qarabağ" bu gün klubun bazasında bir araya gəlib. FutbolPlanet.Az xəbər verir ki, futbolçular saat 11:00-da məşqə çıxaraq aprelin 1-i baş tutacaq "Keşlə"ylə oyunun hazırlığına start verib. Milli komandamızda yer alan futbolçular məşqdə iştirak etməyib.

Qeyd edək ki, əvəzedici heyətin bir neçə üzvü də komandayla məşqə çıxıb.