İsko "Real"dan ayrılır

2013-cü ildən "Real"da top qovan İsko yayda klubunu dəyişəcək. FutbolPlanet.Az xəbər verir ki, son vaxtlar əsas heyətdə yer almayan yarımmüdafiəçi daha çox oynaya biləcəyi komandaya keçməyi düşünür. Deyilənə görə, "Çelsi" 25 yaşlı futbolçu ilə yaxından maraqlanır.