"Kəpəz"də istirahət başa çatıb. FutbolPlanet.Az xəbər verir ki, Gəncə təmsilçisi dünən fitnes zalında bir araya gəlib. Komandanın növbəti məşqi bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutub. Hazırlıq planına əsasən, Novruz bayramı ilə əlaqədar komandanın üzvlərinə martın 20-si və 21-i tarixlərində 2 günlük istirahət veriləcək. "Kəpəz" martın 22-də məşqləri bərpa edəcək. Milli komandanın təlim-məşq toplanışı və yoxlama oyunları səbəbindən çempionatda yaranmış fasilə müddətində "sarı-göylər"in yoxlama görüşü keçirməsi də nəzərdə tutulub.