Paşayev 90 dəqiqə oynadı

Ukrayna çempionatında 24-cü tura yekun vurulub. FutbolPlanet.Az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" klubu "Karpati"ni qəbul edib. Görüş heç-heçə nəticələnib - 1:1. Start heyətdə yer alan müdafiəçimiz sonadək mübarizə aparıb.