"Borussiya"da yeni saziş

"Borussiya"da yeni müqavilə gerçəkləşib. FutbolPlanet.Az xəbər verir ki, alman klubu Lukaş Pişeklə sözləşməni uzadıb. Polşalı futbolçu ilə saziş 2019/2020 mövsümünün sonunadək yenilənib. Beləliklə, 2010-cu ildə "Herta"dan "Borussiya"ya keçən 32 yaşlı müdafiəçi bundan sonrakı 2 mövsümdə də Dortmund təmsilçisinin uğurları üçün çalışacaq.