"Samsunspor"da forma geyinən Ufuk Budak uzun fasilədən sonra yenidən millimizə dəvət alsa da, heyətdə yer almayacaq. FutbolPlanet.Az xəbər verir ki, 28 yaşlı müdafiəçi AFFA-ya müraciət edərək, yığmaya çağırılmamasını xahiş edib. "Qaziantepspor"la matçda xəsarət alan təcrübəli oyunçunun zədəsi ciddi olduğundan, o, federasiyaya müraciət edib.

Qeyd edək ki, millimiz martın 23-də Bakıda Belarusla, həmin görüşdən 4 gün sonra isə Antalyada Makedoniya ilə sınaq matçı keçirəcək.