Droqba da gedir

Kot-d-İvuar millisinin və "Çelsi"nin keçmiş üzvü Didye Droqba karyerasını bitirmək üzrədir. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli hücumçu mövsümün sonunda, yəni, oktyabrda futbolla vidalaşacaq. Məlumatı 40 yaşlı oyunçunun özü də təsdiqləyib. Hazırda ABŞ-ın "Finiks Rayzinq" komandasında çıxış edən Droqba "Marsel", "Çelsi" və "Qalatasaray" kimi klublarda top qovub.