Caner həbs oluna bilər

"Beşiktaş"da forma geyinən Caner Erkin azadlıqdan məhrum oluna bilər. FutbolPlanet.Az xəbər verir ki, 28 yaşlı müdafiəçi "Başakşəhər"lə matçda ona rəsmi xəbərdarlıq edən baş hakim Mete Kalkavanı təhqir etdiyindən, həbs olunma ehtimalı yaranıb. Həmin anın kameralara düşməsi təcrübəli oyunçunun əməlinin üstünü açıb. İstanbul Cəza Məhkəməsi də futbolçunun işi ilə bağlı iddianamə qəbul edib. Caneri 2 il müddətinə həbs gözləyir.