Robbenə ehtiyac duyulmadı

Çempionlar Liqasının 1/8 finalının cavab matçı çərçivəsində "Beşiktaş"ın qonağı olacaq "Bavariya" Aryen Robbeni Türkiyəyə aparmayıb. FutbolPlanet.Az xəbər verir ki, alman klubu aparıcı üzvünə istirahət verib. Onunla yanaşı, zədəli Kinqsli Koman, Koronten Tolisso və Manuel Noyer də İstanbul təmsilçisi ilə oyunda yer almayacaqlar.