Millimizin hücumçusu Ramil Şeydayev yayda müqavilə ilə məxsus olduğu "Trabzonspor"a qayıdacaq. FutbolPlanet.Az xəbər verir ki, türk klubunun məşqlərinə qoşulacaq gənc forvardla bağlı son qərarı baş məşqçi Rza Çalımbay verəcək. Qaradəniz təmsilçisi FIFA-dan transfer cəzası aldığından, yayda heyətini gücləndirə bilməyəcək. Belədə, ümid icarəyə verilən futbolçulara qalacaq.

Maraq üçün bildirək ki, mövsümün əvvəlində Ağdam klubuna icarəyə verilən Ramil keçirdiyi 11 matçda qol vura bilməyib.