Harri Keyn zədələndi

"Tottenhem"də forma geyinən Harri Keyn ciddi xəsarət alıb. FutbolPlanet.Az xəbər verir ki, Premyer Liqanın 30-cu turunda "Bornmut"la matçda rəqib qapıçı ilə mübarizə zamanı zədələnən ingilis hücumçunun durumu ciddidir. Britaniya mətbuatının məlumatına görə, 24 yaşlı forvard dünya çempionatından da kənarda qala bilər.