"Neftçi" turnirə qatılacaq- - FutbolPlanet.az

"Neftçi" turnirə qatılacaq

"Neftçi"nin U-12 komandası aprelin 6-dan 8-dək Türkiyənin İzmir şəhərində keçiriləcək "İzmir Cup" beynəlxalq turnirində iştirak edəcək. FutbolPlanet.Az xəbər verir ki, 48 komandanın iştirak edəcəyi turnirdə B qrupunda yer alacaq komandamızın rəqibləri "Atletik" (İspaniya), "Sampdoriya" (İtaliya), "Fənərbaxça" (Türkiyə), "Bucaspor" (Türkiyə) və "Brommapoykarna" (İsveç) klubları olacaq.