Pepe "Milan"la anlaşdı

Hazırda "Napoli"də forma geyinən Pepe Reyna növbəti mövsümdə başqa klubda çıxış edəcək. FutbolPlanet.Az xəbər verir ki, 35 yaşlı qapıçı "Milan"la anlaşıb. Neapol təmsilçisi ilə sözləşməsi mövsümün sonunadək qüvvədə olan təcrübəli qolkiper "Milan"a azad agent statusu ilə keçəcək. Bu transfer reallaşdıqdan sonra Canluici Donnarumma ilə yollar ayrıla bilər.