Super Liqa dayandırıldı

Yunanıstan çempionatı yarımçıq dayandırılıb. FutbolPlanet.Az xəbər verir ki, buna Superliqanın 25-ci turunda baş tutan PAOK - AEK matçında Saloniki təmsilçisinin prezidenti İvan Savvidinin meydana tapanca ilə çıxması səbəb olub. Buna görə də UEFA və FİFA Yunanıstan millisi və klublarına ciddi cəzalar verəcək.