Alman klubu onu göndərdi

"Hamburq" baş məşqçisi Bernd Hollerbaxla yolları ayırıb. FutbolPlanet.Az xəbər verir ki, komanda 26-cı turda "Bavariya"ya biabırçı hesabla uduzduğundan (0:6), 48 yaşlı mütəxəssis istefaya göndərilib. Artıq klubun yeni çalışdırıcısı da bəllidir. Belə ki, "Hamburq"u mövsümün sonunadək əvəzedicilərin baş məşqçisi Kristian Tits çalışdıracaq.