Premyer Liqanın 20-ci turunda, sabah, saat 20:00-da "Sumqayıt"ın qonağı olacaq "Kəpəz" qarşıdakı oyunun hazırlıqlarına başlayıb. FutbolPlanet.Az xəbər verir ki, bərpaedici prosedurdan sonra istirahət edən komanda üzvləri dünən Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşqə çıxıb. "Sumqayıt"la oyun öncəsi komandanın heyətində iki futbolçunun zədəsi var. Samir Zərgərovla Şadon Vinçesterin durumu həkim nəzarətindədir.