“Neftçi”də çıxış edən Ruslan Abışov yubiley qoluna imza atıb. FutbolPlanet.Az xəbər verir ki, müdafiəçi Topaz Premyer Liqasının XIX turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub. Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub. Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”a çatıb. Ruslan “Neftçi”nin tarixində 33-cü futbolçudur ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.

Qeyd edək ki, Ruslan cari mövsümdə 3-cü qoluna imza atıb.