Əfsanəvi futbolçu Pele maraqlı açıqlamalar verib. FutbolPlanet.Az xəbər verir ki, keçmiş hücumçu ölkəsinin Dünya çempionatının favoriti olduğunu deyib: "Braziliya DÇ-nın favoritidir. Bu komanda həmişə çempionluq uğrunda mübarizə aparır. Son dünya çempionatlarına yaxşı hazırlaşmağa vaxtımız olmayıb. Braziliyanın əksər oyunçuları xarici ölkələrdə çıxış edirlər. Buna görə də, yığmanın məşqçilərinin işi çox çətinləşir. Çünki komandanın üzərində işləmək lazımdır. Yalnız futbolçuları milliyə dəvət edib, meydana buraxmaqla deyil. Amma braziliyalıların fərdi planda əvvəlki kimi dünyanın ən yaxşı oyunçuları olmasına şübhə etmirəm. Braziliya həmişə favoritdir. Həmişəki kimi, Almaniyaya hörmətlə yanaşmaq lazımdır. Buraya Rusiyanı da qatardım. Çünki onlar ev sahibidir. Cənubi Amerika ölkələrindən isə Argentinanın adını çəkərdim".