Fransanın ən yüksək maaş alan idmançılarının siyahısı açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, siyahıya "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba başçılıq edir. 25 yaşlı futbolçunun ötən ilki gəliri 22 milyon 200 min avro olub. Beləliklə, Poqba əvvəlki lider Toni Parkeri (basketbol, 19 milyon 700 min avro) geridə qoymağı bacarıb. Üçüncü yerdə isə 19.1 milyon avro gəliri olan "Atletiko"nun oyunçusu Antuan Qrizmann qərarlaşıb.