Türkiyənin "Milliyet" qəzeti "İlin idman mükafatları" adlı ənənəvi sorğusunu bu il də davam etdirir. FutbolPlanet.Az xəbər verir ki, 2017-ci ilin ən yaxşı klubları arasında "Qarabağ" da var. Digər namizədlər isə Türkiyənin əlil futbolçulardan ibarət millisi, "Fənərbaxça"nın basketbol komandası, "Vakıfbank" voleybol klubu, "Beşiktaş" futbol klubu və əlil basketbolçulardan ibarət yığmadır. Sorğu martın 21-nə qədər davam edəcək.