Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, keçirilən matçlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb. Bolqarıstan, Serbiya, Qazaxıstan və Şotlandiya təmsilçilərinin turnirdə mübarizəni dayandırması işimizə yarayıb. Belə ki, 23-cü sırada olan ölkəmizdən aşağı pillələrdə qərarlaşanlar son təmsilçisini itirdiyindən, mövqeyimizin toxunulmaz qalacağı rəsmiləşib. Bolqarıstan Azərbaycana çatsa da, əlavə göstəricilərdə 23-cü yerdə ölkəmiz qərarlaşıb və bu mövqe mövsümün sonunadək dəyişməyəcək.