Daha "Atletiko"ya lazım deyil

"Atletiko"da forma geyinən Fernando Torres yayda komandadan göndəriləcək. FutbolPlanet.Az xəbər verir ki, bu barədə Madrid klubunun çalışdırıcısı Dieqo Simeone açıqlama verib. Argentinalı mütəxəssisin sözlərinə görə, təcrübəli hücumçunun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək. "Atletiko"nun yetirməsi olan 33 yaşlı futbolçunun yeni ünvanı hələlik bəlli deyil.