Avropa Liqasının 1/16 final mərhələsinin "Atletik" - "Spartak" matçından əvvəl azarkeşlər arasında kütləvi dava düşüb. FutbolPlanet.Az xəbər verir ki, hadisə zamanı 1 polis dünyasını dəyişib. Belə ki, 50 yaşlı İnosendio Arias Qarsiya adlı polis əməkdaşı davaya müdaxilə edən vaxt infarkt keçirib. O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bundan başqa, 3 rus azarkeş və 1 polis əməkdaşı da xəstəxanaya yerləşdirilib. Olayla əlaqədar 5 nəfər saxlanılıb. Tezliklə UEFA hadisə ilə bağlı yekun qərarını verəcək.

Maraq üçün bildirək ki, "Spartak" səfərdə 2:1 hesabı ilə qalib gəlsə də, evdə 1:3 hesabı ilə uduzduğundan, mərhələni ispanlar keçiblər.