FİFA Səudiyyə Ərəbistanını DÇ-2018-dən kənarlaşdıra bilər. FutbolPlanet.Az xəbər verir ki, buna səbəb dövlət rəhbərlərinin futbola müdaxiləsi və Qətər klublarını Asiyanın Çempionlar Liqası çərçivəsində qəbul olunmasından imtinadır. Məsələni araşdıran FİFA Səudiyyə Ərəbistanı hökuməti ilə danışıqlar aparmağı düşünür. Əslində, bu, gözlənilən idi. Çünki FİFA-nın qaydalarına əsasən, siyasətin futbola müdaxiləsi qəbulolunmazdır.