Bu gün "Sport Master Baku" idman klubunun həvəskar komandalar arasında təşkil etdiyi mini-futbol liqası başa çatıb. FutbolPlanet.Az xəbər verir ki, həlledici oyunda "Mibella" və "Yurd" komandaları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada "Yurd" kollektivi qalib gələrək, çempion olub. - 5:2.

Çempionatın ən yaxşı qapıçısı nominasiyasında "Yurd"un 1 nömrəsi Seymur Usanov fərqlənib. Ən yaxşı oyunçu da "Yurd"dan Nəcməddin Zalıyev seçilib. Turnirin bombardiri "Mibella"dan Ramal Məmmədov olub. Ən nümunəvi oyunçu adına isə "Mibella"nın kapitanı Emil Bayramov layiq görülüb.