"Neftçi"nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək. FutbolPlanet.Az xəbər verir ki, paytaxt klubu 2005-2006-cı il təvəllüdlü futbolçular arasında təşkil olunacaq yarışda "Keşlə" və "Rəvan"la eyni qrupda mübarizə aparacaq. 6 komandadan ibarət turnirin digər qrupunda "Qarabağ", "Vətən RİOEUGFM" və BİFM klubları yer alacaqlar. Sabah keçiriləcək oyunlardan sonra qrupda 1-ci yeri tutanlar çempionluq uğrunda final matçında qarşılaşacaqlar. Qrupda ikinci olanlar 3-cü, sonuncu yeri tutanlar isə 5-ci yer uğrunda oyuna çıxacaqlar.