Reynaldo "Aktobe"də baxışdadır- - FutbolPlanet.az

"Qarabağ"ın keçmiş üzvü Reynaldo Silva karyerasını Qazaxıstan çempionatında davam etdirə bilər. FutbolPlanet.Az xəbər verir ki, Trnavanın "Spartak" klubu ilə müqavilə bağladıqdan 3 həftə sonra komandadan ayrılan braziliyalı hücumçu hazırda "Aktobe"də baxışdadır. Əgər 28 yaşlı futbolçu məşqçilər korpusunu qane etsə, onunla rəsmi müqavilə imzalanacaq.