"Real"ın aparıcı üzvü Kriştiano Ronaldo maraqlı açıqlamalar verib. FutbolPlanet.Az xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının 1/8 finalında rəqibləri olan PSJ ilə oyunlardan danışıb. "Həmişə yüksək səviyyədə oynamaq istəyirəm. Amma bəzən alınmır. Mən isə hədəfimə çatmaq üçün inadla çalışıram. Əla oyunçulara sahib komandaya qarşı oynayacağıq. PSJ böyük hörmətə layiqdir. Amma biz artıq sübut etmişik ki, "Real" güclü komandadır. Çempionlar Liqasında zəngin təcrübəmiz var. Bilirik ki, növbəti mərhələyə keçmək istəyiriksə, PSJ ilə matçlara yaxşı köklənməliyik".