Məğlubiyyətlə başladılar- - FutbolPlanet.az

Asiya Çempionlar Liqası start götürüb. FutbolPlanet.Az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu da ilk matçını keçirib. Təbriz klubu Səudiyyə Ərəbistanının "Əl Əhli" klubunu qəbul edib. Görüş ərəblərin qələbəsi ilə yekunlaşıb - 1:0. "Traktor Sazi" sözügedən turnirdə növbəti oyununu fevralın 19-da səfərdə "Əl-Qarafa"ya qarşı keçirəcək.