Levandovski nömrə 1!

"Bavariya"da çıxış edən Robert Levandovski ardıcıl 7-ci dəfə ölkəsində ilin futbolçusu seçilib. FutbolPlanet.Az xəbər verir ki, polşalı hücumçu 2011-ci ildən bu mükafatın şəriksiz sahibidir. Cari mövsüm Münhen klubunda keçirdiyi 21 oyunda 19 qol vuran 29 yaşlı futbolçu 2008-ci ildən Polşa millisində oynayır. O, yığmada keçirdiyi 91 matçda 51 qolla yadda qalıb.