Nazarov 90 dəqiqə oynadı

Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilir. FutbolPlanet.Az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" "İnqolştad"ı qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb. Start heyətdə yer alan Nazarov sonadək meydanda mübarizə aparıb.

"Aue" geridə qalan turlarda topladığı 24 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.