Araz zədədən qayıtdı

Kipr çempionatında 24-cü turun oyunları keçirilib. FutbolPlanet.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi "Anortosis" klubu bu tur Nikosiya "Olimpiakos"unun qonağı olub. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:0. Son oyunlarda zədəsi ucbatından meydana çıxmayan futbolçumuz sözügedən görüşün 63-cü dəqiqəsində oyuna çıxıb.

Geridə qalan turlarda 50 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında üçüncü pillədə gedir.