FİFA bu il Rusiyada təşkil olunacaq Dünya Çempionatında azarkeşlərin davranış qaydalarını təsdiqləyib. FutbolPlanet.Az xəbər verir ki, yarış vaxtı fanatlara tribunaya 50 əşya aparmağa qadağa qoyulub. Bu siyahıya alkoqol, silah, pirotexniki vasitə və digər əşyalarla yanaşı, selfi çubuğu da yer alır. Ali futbol qurumu tribunalarda ara qarışacağı təqdirdə, azarkeşlərin bu alətdən soyuq silah kimi istifadə edə biləcəyini ehtimal edir. Bununla yanaşı, tütək və digər musiqi alətlərini də stadionlara aparmaq qadağan olunub.