Kubok oyunlarının vaxtı dəyişir

11-18 aprel tarixlərində Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunları keçirilməli olsa da, vaxt dəyişdiriləcək. FutbolPlanet.Az xəbər verir ki, buna səbəb aprelin 11-də ölkədə növbədənkənar prezident seçkilərinin olmasıdır. Bu səbəbdən həmin gün baş tutmalı olan görüşlər başqa vaxta təyin olunacaq.