UEFA son 10 ildə Avropa ölkələrinin milli çempionatlarının reytinq cədəvlindəki hərəkət qrafikini təqdim edib. FutbolPlanet.Az xəbər verir ki, ən böyük irəliləyəşə imza atan ölkələr arasında Azərbaycan da var. Belə ki, Premyer Liqamız 16 pilləlik sıçrayışla 42-ci sıradan 26-cı sıraya yüksəlib və bu göstərici ilə ilk üçlük"də qərarlaşıb. Ən yaxşı göstəriciyə 21 pillə irəliləyən Belarus imza atıb. "Üçlüy"ü tamamlayan digər ölkə isə Qazaxıstandır. Qazaxların çempionatı da Premyer Liqamız kimi 16 pillə irəliləyib. İlk 5-likdə İspaniya, Almaniya, İngiltərə, İtaliya və Fransa yer alır.

Onu da bildirək ki, rytinq siyahısı son 5 mövsümdə ölkələrin klublarının avrokubokdakı çıxışına əsasən tərtib olunub.