Millimiz İranla görüşəcək- - FutbolPlanet.az

Millimiz İranla görüşəcək

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə milli komandamız iki yoldaşlıq oyunu keçirəcək. FutbolPlanet.Az xəbər verir ki, yığmamız yanvarın 23-də və 24-də İran millisi ilə görüşəcək. Bakı İdman Sarayında keçiriləcək hər iki oyun saat 21:00-da başlayacaq.