"Real" ön xətti dəyişir?- - FutbolPlanet.az

"Real" hücum xəttində dəyişikliklər etməyi planlaşdırır. FutbolPlanet.Az xəbər verir ki, "Marca" qəzeti "kral klubu"nun prezidenti Florentino Peresin ön xətti dəyişdirmək istəyində olduğunu yazıb. Belə ki, xəbərdə Kriştiano Ronaldo, Kərim Benzema və Qaret Beylin yayda komandadan ayrılacağı deyilir. Əvəzində Neymar (PSJ), Eden Hazard ("Çelsi") və Robert Levandovski ("Bavariya") paytaxt təmsilçisinə keçə bilərlər. İddialara görə, "Real" sözügedən oyunçular üçün böyük məbləğdə pullar xərcləməyə hazırdır. İspan nəhənginin transfer siyahısında "Tottenhem"dən Harri Keynlə "İnter"dən Mauro İkardi də yer alır.