Ronaldinyo da getdi- - FutbolPlanet.az

Uzun müddətdir ki, klubsuz qalan Ronaldinyo karyerasını bitirib. FutbolPlanet.Az xəbər verir ki, bu barədə əfsanəvi yarımmüdafiəçinin qardaşı və agenti Roberto Assis Moreyra açıqlama verib. O, dünya çempionatından sonra gözəl bir vida matçı təşkil edəcəklərini söyləyib.

37 yaşlı futbolçu Braziliya millisində keçirdiyi 97 oyunda 33 qol vurub. O, 2002-ci ildə dünya çempionatının qalibi olub. PSJ, "Barselona" və "Milan" kimi klublarda top qovan "sambaçı", bir dəfə "Qızıl top" mükafatını da əldə edib.