Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. FutbolPlanet.Az xəbər verir ki, "Antalyaspor"un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 6:1 hesabı ilə qələbə qazanıb. Birgül Çelikin het-trik etdiyi oyunda komandamızın digər qollarını Nigar Mirzəliyeva, Ümnisə Əliyeva və Anna Abulaşvili vurub.