"Trabzonspor" Sosanı aldı- - FutbolPlanet.az

"Trabzonspor" Sosanı aldı

"Trabzonspor" mövsümün əvvəlində "Milan"dan icarəyə götürdüyü Xose Sosanın transfer hüququna yiyələnib. FutbolPlanet.Az xəbər verir ki, türk klubu argentinalı oyunçunun keçidi üçün qarşı tərəfə 3 milyon 400 min avro ödəyəcək. Trabzon təmsilçisi 32 yaşlı yarımmüdafiəçiyə mövsümün ikinci yarısı üçün 1 milyon 620 min avro verəcək. Təcrübəli futbolçu gələn mövsüm üçün 3 milyon 320 min, 2019/2020 mövsümü üçün 3 milyon 240 min avro maaş alacaq.