"Kəpəz" heyətini gücləndirib. FutbolPlanet.Az xəbər verir ki, Sergey Litovçenkonun əyalət klubuna keçidi rəsmiləşib. Ukraynalı qapıçı ilə ilyarımlıq müqavilə imzalanıb. Beləliklə, Gürcüstanın "Dinamo" klubundan ayrılan 30 yaşlı qolkiper gələn mövsümün sonunadək Gəncə klubunun uğurları üçün çalışacaq.

"Kəpəz" qış transfer dönəmində Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov və Dario Frederikonu da alıb.